Azərbaycan

Tibbdə gələcəyin invoziv lazer texnologiyaları

Tanınmış həkim Biolitecin təşkil etdiyi beynəlxalq konfransda Azərbaycanı yüksək səviyyədə təmsil etdi

Image



Pərvin Mikayılzadə “Dünyada hələ geniş tətbiq olunmayan Biolitek Lazer müalicə üsulları barədə dolğun məlumata malik olmağım beynəlxalq konfransın iştirakçılarında yaxşı mənada təəccüb və maraq yaratdı”.

 

Tanınmış cərrah mama-ginekoloq, sonsuzluq və riskli hamiləlik üzrə mütəxəssis, Elmi Tədqiqat Mama Ginekologiya  Institutunun doktorantı Pərvin Mikayılzadə Yunanıstanın Salonniki şəhərində 5-6 fevral tarixlərində keçirilən beynəlxalq elmi praktiki konfransda Azərbaycanı təmsil edib. 



“Rupor”un əməkdaşı Pərvin Mikayılzadədən bu tədbir barədə lakonik xarakterli eksklüziv müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:



- Təmsil olunduğunuz konfransın mövzusu nə idi? 



- Təşkilatçıların və qonaqların nufuzuna görə xüsusilə fərqlənən  beynəlxalq elmi praktiki konfrans ginekologiya, laporoskopiya və histeroskopiyada yeni Biolitek Lazer cihazının tətbiqi və istifadə imkanları mövzusunda təşkil olunmuşdu. Konfrans həm də treninq formatında hazırlanmışdı. 



Təşkilatçı kimlər idi? 



- Təşkilatçılar Hellenik Ginekoloji Endoskopiya Cəmiyyəti, Yunanıstan Salonnik Aristotel Universitetinin İkinci Mama-ginekologiya kafedrasının nəznində Hippokrat adına Mərkəzi Hospital, Ginekologiya Onkologiya və Senologiya İnstitutu idi.

 

- Biolitek Lazer cihazının hansı xəstəliyə qarşı tətbiqi nəzərdə tutulur? 



- Biolitek Lazer cihazının laporoskopiya, xüsusilə yumurtalıq kistaları və bitişmələrinin, histeroskopiya zamanı polip və submukoz miomaların cərrahi müalicəsində geniş istifadə olunması nəzərdə tutulur.  Bu cihazla uşaqlıq boynunun patologiyalarının atravmatik ləğvinə də daha səmərəli və effektli səviyydə nail olmaq mümkündür.



- Konfransda Azərbaycanı Sizdən başqa daha kimlər təmsil edirdi?



- Biolitek Lazer şirkətinin Azərbaycandakı nümayəndəliyinin seçimi ilə ölkəmizi bu konfransda yeganə mən təmsil edirdim.



Belə tədbirlər iştirakçılara hansı dərəcədə vacibdir? 



Pasiyentlərə daha kefiyyətli xidmət göstərmək üçün yeni müasir müalicə metodları və cihazlarının dünya standartları səviyyəsində tətbiqi çox önəmlidir. Elmi-parktiki konfranslara tez-tez dəvət alıram. O tədbirlərdə həyata keçirdiyimiz təcrübə mübadiləsi, yaxından tanış olduğum müasir yeniliklər biliklərin zənginləşməsi baxımından çox vacibdir. 



- Ünsiyyətdə olduğunuz xarici həmkarlarınızla Azərbaycan, onun səhiyyə sistemi barədə hər hansı söhbətləriniz və müzakirələriniz oldumu?



- Əlbəttə, onlara bizim səhiyyənin nə dərəcədə inkişaf etməsi cox maraqlı idi. Dünyada hələ geniş tətbiq olunmayan Biolitek Lazer müalicə üsulları barədə dolğun məlumata malik olmağım iştirakçılarda tərəfindən yaxşı mənada təəccüb və maraq yaratdı. Baş təlimçi, italiyalı professor Stefano Angioni növbəti praktik treninqin Bakıda keçirilməsinə böyük həvəslə təşəbbüs göstərəcəklərini vurğuladı.



 Elnarə Hənifəyeva